SDL Nobel/Xəbərlər/Mətbuat açıqlaması

SDL Nobel MMC yaxşılaşdırılmış iş şərtləri təklif etməklə yeni əməkdaşlar cəlb edir

SDL Nobel MMC hazırlama fəaliyyəti üçün təxminən 80 əməkdaş və dəniz əməliyyatları üçün 60 texnik işə qəbul etməklə öz təcrübəsini təkmilləşdirməyə davam edir. İşə qəbul edilmiş heyət SDL Denholm Limited-də qazanılmış beynəlxalq təcrübəni özü ilə gətirir.

Əməkdaşlarına xüsusi qayğı ilə yanaşan SDL Nobel MMC həm quru, həm də dəniz heyətini standartlaşdırılmış və yaxşılaşdırılmış iş şərtləri ilə təmin edir. Buraya Nobel Oil Services-in qurulmuş işə qəbul təcrübəsinə uyğun olaraq normallaşdırılmış sənədləşmə, proseslər, yeni təlimlər, təşkilat və qeydiyyat sistemi daxildir. Şirkətin əsas aktivi olan heyətinə diqqət yetirməklə Nobel Oil Services xərclərin optimallaşdırılması üçün prosesləri təkmilləşdirir və müştərilərinə səmərəli fəaliyyət təqdim edir. Nobel Oil Services şirkətin fəaliyyət göstərdiyi yeni və mürəkkəb mühitə uyğunlaşmaq üçün biznesinin bütün aspektlərini nəzərdən keçirməyə davam edir.

SDL Nobel Denholm Oilfield Services və Nobel Oil Services (UK) arasında birgə müəssisədir və neft-qaz sənayesinə dəniz və quru obyektləri üzrə hazırlama xidmətləri göstərir. SDL Nobel-in göstərdiyi xidmətlər hazırlama və sahə quraşdırması, hazırlanmış materialların müayinəsi, təzyiq altında sınaqdan keçirilməsi və s. əhatə edir. SDL Nobel-in bu yaxınlarda qazandığı layihələrdən biri Worley Parsons üçün DWG platformasında yeni Produced Water (lay suyu) qurğularının hazırlanması və quraşdırılmasıdır.

Paylaş