SDL Nobel/Xəbərlər/Mətbuat açıqlaması

SDL Nobel Milli Qurtuluş Gününü qeyd etdi

SDL Nobel əməkdaşları Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbir “Bakı fəhləsi” zavodunun rəhbərliyi tərəfindən təşkil olunub.

SDL Nobel-in əməkdaşları ümummilli lider Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edərək zavodun ərazisində yerləşən xatirə abidələrinə gül dəstəsi qoyublar.

“Bakı fəhləsi” zavodunun direktoru iştirakçıları təbrik edib və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığa əminliyini ifadə edib.

Yerli şirkət olaraq SDL Nobel 2016-cı ildə regionda iri beynəlxalq və yerli müştərilərin tələbatlarını qarşılamaq və ən yüksək səviyyəli xidmətlər təqdim etmək məqsədilə yaradılıb. SDL Nobel yerli və beynəlxalq təcrübəyə malik təsisçiləri – Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl iş təcrübəsini mənimsəyib.

SDL Nobel neft-qaz sənayesinə dəniz və quru obyektləri üzrə hazırlama xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkətin xidmətləri hazırlama və sahə quraşdırması, hazırlanmış materialların müayinəsi, təzyiq altında sınaqdan keçirilməsi və digər xidmətləri əhatə edir.

Paylaş