SDL Nobel daha yaxşı xidmət göstərmək üçün hazırlama emalatxanasını modernləşdirdi

SDL Nobel müştərilərə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə hazırlama emalatxanasının modernləşdirilməsini başa çatdırıb.
Yenidən qurulmuş hazırlama emalatxanası yenidən təşkil olunmuş istehsal xəttini, göstərilən xidmətlərin genişləndirilmiş spektri üçün yeni avadanlıq növlərini və yaxşılaşdırılmış iş şəraitini özündə əks etdirir. Victaulic novçalama, qaynaq hazırlığı, hissələrin kəsilməsi və s. üçün maşınlar avadanlıq parkını genişləndirib. Müasir avadanlıq daha keyfiyyətli xidmət göstərməyə imkan verir və şirkəti vaxt və əlaqəli xərclər baxımından texniki imkanlarına görə bazarda fərqləndirir.
Müxtəlif qaynaq növlərinin tətbiqi üçün müasir qaynaq masaları quraşdırılıb. İstehsal zəncirinin son halqası olan boyaq emalatxanası təmir və yenidən qurulub, bununla da boyaq işlərinin keyfiyyəti artırılıb.
SDL Nobel təhlükəsizlik standartlarına böyük əhəmiyyət verir. Yenidənqurma proqramı nəticəsində texniki heyət yenidən qurulmuş ventilyasiya sistemindən faydalanır ki, bu da daha təhlükəsiz iş mühitinə əhəmiyyətli təsir göstərir.
Bütün təkmilləşdirmələr daha səmərəli və təhlükəsiz fəaliyyətə, eləcə də məhsuldarlığın artmasına və xərclərin azalmasına töhfə verir.
Yerli şirkət olaraq SDL Nobel 2016-cı ildə regionda iri beynəlxalq və yerli müştərilərin tələbatlarını qarşılamaq və ən yüksək səviyyəli xidmətlər təqdim etmək məqsədilə yaradılıb. SDL Nobel yerli və beynəlxalq təcrübəyə malik təsisçiləri – Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl iş təcrübəsini mənimsəyib.
SDL Nobel neft-qaz sənayesinə dəniz və quru obyektləri üzrə hazırlama xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkətin xidmətləri hazırlama və sahə quraşdırması, hazırlanmış materialların müayinəsi, təzyiq altında sınaqdan keçirilməsi və digər xidmətləri əhatə edir.