SDL Nobel BP şirkəti ilə yeni müqavilə imzaladı

SDL Nobel BP ilə yeni 3 illik müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində SDL Nobel BP-nin Azərbaycandakı dəniz və quru obyektləri üçün hazırlama və sahə quraşdırma xidmətləri göstərəcək.
Yerli şirkət olaraq SDL Nobel 2016-cı ildə regionda iri beynəlxalq və yerli müştərilərin tələbatlarını qarşılamaq və ən yüksək səviyyəli xidmətlər təqdim etmək məqsədilə yaradılıb.
SDL Nobel yerli və beynəlxalq təcrübəyə malik təsisçiləri – Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl iş təcrübəsini mənimsəyib.
“2004-cü ildən etibarən SDL Denholm Limited BP ilə oxşar müqaviləyə malik olub və biz əminik ki, onun törəmə şirkəti olan SDL Nobel də bu yolu davam etdirəcək və mövcud fəaliyyət və iş həcmlərinin tam spektrini uğurla həyata keçirəcək,” – deyə SDL Nobel-in baş direktoru Peter Waddel bildirib.
SDL Nobel neft-qaz sənayesinə dəniz və quru obyektləri üzrə hazırlama xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkətin xidmətləri hazırlama və sahə quraşdırması, hazırlanmış materialların müayinəsi, təzyiq altında sınaqdan keçirilməsi və digər xidmətləri əhatə edir.